Cümə axşamı, 28 Mart

“Bu daha çox inam, daha çox silah deməkdir“ - Reznikov

image

“Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti iclası (“Ramstein-9”) tezliklə keçiriləcək”.

Xəbər verilir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Twitter” səhifəsində məlumat verib.

O qeyd edib ki, Ukraynaya inamın necə artdığını görür və bu inamla birlikdə yardımın həcmi artır:

“Hər görüşdə tərəfdaşlarımızın Ukraynaya inamının necə artdığını görürəm. Bütün bunlar əsgərlərimizin və nümayəndələrimizin zəhməti sayəsindədir. Daha çox inam, daha çox silah deməkdir. Torpağımızı, dənizimizi və səmamızı qorumalıyıq!”.

Nazir onu da əlavə edib ki, “Ramstein-9” fevral ayında baş tutacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45