Cümə axşamı, 25 Aprel

Yararsız öskürək siropu 300-dən çox uşağı ÖLDÜRDÜ

image

ÜST-ün məlumatına görə, keyfiyyətsiz öskürək dərmanı dünyanın üç ölkəsində 300-ə yaxın insanın ölümünə səbəb olub.

Xəbər verilir ki, son 4 ayda tərkibində zəhərli maddələr - dietilen qlikol və etilen qlikol olan uşaq öskürək siropları ən azı 7 ölkədə reseptsiz satılıb. Qurbanların əksəriyyəti beş yaşından kiçik uşaqlardır.

Faciə ilə əlaqədar ÜST üç qlobal sağlamlıq xəbərdarlığı edib - Qambiya, İndoneziya və Özbəkistanda.

Təşkilat təchizat zəncirində maraqlı tərəfləri təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, bir müddət əvvəl Səmərqənddə 18 uşaq kəskin respirator infeksiyalara qarşı dərman preparatı – etilen qlikol aşkarlandığı üçün dünyasını dəyişib.

ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33