Cümə, 19 Aprel

“Biz bütün gücümüzü müharibə və qələbə üçün birləşdirəcəyik” – Zelenskidən Rusiyaya YENİ MESAJ

image

Ukrayna prezidenti Zelenski Rusiyaya qarşı müharibədə qələbə qazanmaq üçün əllərində olan bütün vasitələri birləşdirəcəklərini deyib. 

Xəbər verilir ki, Volodimir Zelenski fikirlərini belə davam etdirib: “Biz Rusiyanın hansı qüvvələri topladığını görürük və necə cavab verəcəyimizi bilirik”.

Ukrayna liderinin açıqlamasından məlum olub ki, son zamanların  ən şiddətli qarşıdurması Donbas bölgəsində davam edir: “Əsas əməliyyat bölgələrində, xüsusilə Donbasda şiddətli toqquşmalar baş verir. Donbas uğrunda döyüşlər aparılır. Cənub üçün müharibə davam edir”.

Rusiya ordusu haqda lazımi məlumata sahib olduqlarını deyən Zelenski, düşmənə necə cavab vermək lazım olduğunu bildiklərini dilə gətirib. Bu gün Rusiyanın Ukraynada başladığı müharibənin 335-ci gününün, yəni 11-ci ayın başa çatacağını xatırladan Zelenski, “Biz bütün gücümüzü qələbə və müharibə üçün birləşdirəcəyik. Ukraynanın qələbəsi üçün”, deyə vurğulayıb .

Zelenski bəyan edib ki, Ukraynada dövlət qulluqçuları müharibə zamanı xarici səfərlərlə bağlı yeni ərizə imzalayıblar. Qərara əsasən, bundan sonra dövlət qulluqçusunun rəsmi təyinat olmadan xaricə getməsi mümkün olmayacaq. Mərkəzi hökumətə bağlı qurum və nazirliklərdə müəyyən kadr dəyişiklikləri ediləcəyini bildirən Zelenski, bu gün 22 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq olunduğunu da diqqətə çatdırıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20
image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17