Cümə axşamı, 28 Mart

Consondan ÇAĞIRIŞ: Bunu təcili edin!

image

Bu yaxınlarda Ukraynaya səfər edən Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Qərb ölkələrini Ukraynanın Rusiyaya qarşı mübarizə üçün xahiş etdiyi bütün silahları dərhal Kiyevə verməyə çağırıb.

Xəbər verilir ki, Boris Conson bununla bağlı “Daily Mail” qəzetində xüsusi köşə yazısı həsr edib.

Conson burada Kiyevətrafı Buça və Borodyankaya səfər təəssüratlarını təsvir edib. O, şənbə günü Ukrayna prezidenti Vladimir Zelenskinin müşayiəti ilə orada olub.

Xatırladaq ki, ötən ilin fevral və mart aylarında Rusiyanın Kiyevə hücumu zamanı orada yüzlərlə dinc sakinin həlak olması barədə məlumat yayılmışdı. Consonun fikrincə, Qərb ölkələrinin Ukraynaya dərhal yüzlərlə tank və digər ağır silahlar verməsi Rusiya müdafiəsinin süqutuna, işğal olunmuş ərazilərin azad edilməsinə və müharibənin başa çatmasına səbəb ola bilər.

“Hansı cəhənnəmə, nəyi gözləyirik?”, - deyə Conson xüsusilə Almaniyanın Ukraynanı “Leopard” tankları ilə təmin etmək məsələsində qərarsızlığına işarə edərək soruşub.

“Qərb dünyasına indi tanklar hara lazımdır? Şimali Reyn-Vestfaliyanı müdafiə etməyə? Yoxsa Tennessinin mühafizəsinə? Bəlkə tanklarla Uildşir kəndlərində gəzintiyə çıxasınız?” - deyə Conson istehza ilə yazıb. “Biz ukraynalıların qaçılmaz qələbəsinə nail olmaqda nə qədər tez kömək etsək, bütün dünya Putinin təşkil etdiyi fəlakətdən bir o qədər tez sağalmağa başlaya bilər”, - deyə Britaniya hökumətinin sabiq rəhbəri qeyd edib.

Conson həmçinin Ukraynanın NATO-ya qəbulu, eləcə də Kiyevə digər silah növlərinin, o cümlədən döyüş təyyarələrinin tədarükü barədə qərarın tezliklə təsdiqlənməsinə çağırıb. Böyük Britaniyanın keçmiş baş naziri Rusiyanın nüvə zərbəsinə səbəb olacağına dair iddialara zərrə qədər inanmadığını ifadə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25