Cümə, 19 Aprel

COVİD-ə yoluxanlar azalır, amma ölüm sayı nisbəti çoxalıb - səbəb

image

Həkim: “Hazırda insanlar hansı xəstəliyə yoluxduqlarını dəqiq müəyyən edə bilmirlər”

COVİD pandemiyası bitmək bilmir. Dünya bu virusu özü ilə 2023-ə də daşıdı. Hazırda koronovirusun yeni ştamının yayıla biləcəyi, daha təhlükəli olacağı haqda da danışılır.

Maraqlı olan hal bundan ibarətdir ki, hazırda əksər dünya ölkələrində və Azərbaycanda yoluxma sayı 2 rəqəmli olsa da, yoluxma sayına nisbətdə ölüm faktı çoxdur.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, 10 075 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.

Ölkədə son sutka ərzində 2 908, hazırkı dövrədək isə 7 475 435 test aparılıb.

59 yoluxmaya nisbətdə, bir gündə 7 nəfərin ölməsi ciddi məsələdir.

Maska insanları həm də vərəm, qrip və digər infeksiyalardan qoruyur" -  İnfeksionistdən ÇAĞIRIŞ

Mərdan Əliyev

İnfeksionist Mərdan Əliyev bildirdi ki, Azərbaycanda ölüm səbəbi yeni ştammla əlaqəli deyil. Mütəxəssis ölkəmizdə yeni ştammın aşkarlanmadığını diqqətə çatdırdı:“Azərbaycanda koronavirusa sürətli yoluxma müşahidə olunmur. Təbii ki, yeni ştamma ölkəmizdə rast gəlinə bilər, lakin hazırda dominant deyil. Yoluxanlar arasında da yeni ştamma rast gəlinməyib”.

M.Əliyev ölüm səbəblərinə belə aydınlıq gətirdi: “Adətən xəstələr həkimə gec müraciət edirlər. Hazırda Azərbaycanda iki xəstəlik yayılıb: İnfluenziya və koronavirus. Buna görə də əhali arasında çaşqınlıq var. İnsanlar hansı xəstəliyə yoluxduqlarını dəqiq müəyyən edə bilmirlər. Koronavirus ölkəmizdə yayılmağa başlayanda insanlar qorxurdular, xəstələnən kimi analiz verirdilər. İndi isə arxayınlıq var. Əhali həkimə müraciət etmir. Yalnız bir həftə keçdikdən, ağırlaşma müşahidə olunduqda həkimlə məsləhətləşirlər. Ölənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Xüsusilə, risk qrupuna daxil olan şəxsləri -yaşlılar, xroniki xəstəlikləri olanları, bir sözlə, immun sistemi zəif olanları ağır  vəziyyətdən çıxarmaq kifayət qədər çətindir. Düşünürəm ki, ölüm halları bu səbəblə əlaqədardır”.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28