Cümə, 17 May

Paytaxtda evdə güclü partlayış: Əcnəbi tələbələr yaralandılar

image

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

Xəbər verilir ki, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları - 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58