Cümə axşamı, 16 May

Conson Ukraynadan danışdı: “İkibaşlı diplomatiya olub”

image

“Ukraynanın NATO-ya daxil olması ilə bağlı diplomatiya ikibaşlı olub”. 

Xəbər verilir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson deyib. 

“Əgər biz Ukraynanın NATO-ya üzv olması ilə bağlı dediyimizi həyata keçirsəydik və ardıcıl olsaydıq, bu faciələr əsla baş verməzdi”, – deyə eks-Baş nazir söyləyib.

Həmçinin, Conson Ukraynanın NATO üzvü olacağı təqdirdə Rusiyanın bu ölkəyə hücumdan çəkinəcəyini əlavə edib. 

Xatırladaq ki, 2008-ci ildə keçirilmiş NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstana “üzvlük hərəkət planı” verilməsi barədə konsensus əldə etmək mümkün olmamışdı. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00