Bazar, 19 May

İranda zəlzələ oldu

image

İranın İraq ilə sərhədyanı bölgəsində - Kirmanşah vilayəti ərazisində zəlzələ olub.

Xəbər verilir ki, zəlzələnin maqnitudası 4,7-yə bərabər olub.

Tehran Universiteti yanında Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Təbiət hadisəsi Qəsri Şirin şəhərindən 20 km məsafədə qeydə alınıb.

Agentliyin məlumatına görə, zəlzələ səbəbindən sakinlər evlərini tərk etməli olublar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41