Şənbə, 18 May

Türkiyədə zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə PUA-lar cəlb edildi

image

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatlar (PUA) zəlzələ bölgəsinə dəymiş zərərin müəyyən edilməsi və axtarış-xilasetmə işlərinə cəlb edilib.

Xəbər verilir ki, bu barədə Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında paylaşım edilib. Paylaşımda zəlzələ bölgəsində çalışan PUA-lar əks olunub.  

“Türkiyə Silahlı Qüvvələrimizə məxsus PUA-lar zərər və itkilərin müəyyən edilməsi, həmçinin axtarış-xilasetmə işlərinin koordinasiyası üçün zəlzələ bölgəsində işlərini davam etdirir”, - deyə qeyd edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41