Şənbə, 18 May

Zaxarovanın sözləri erməniləri qəzəbləndirdi: “Nağıldı”

image

“Avropa Birliyinin (AB) Ermənistandakı missiyası heç kimə qarşı yönəlməyib”.

Xəbər verilir ki, bunu Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının parlament fraksiyasının rəhbəri Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, buna sadəcə ehtiyac yoxdur:

“Diplomatik səyləri sayəsində Ermənistan Avropa Birliyindəki tərəfdaşları ilə mülki missiyanın iki illik uzadılması ilə bağlı razılığa gələ bildi. Bu, ölkəmizin maraqlarına uyğundur”.

Ovannisyan Ermənistanın öz maraqları əsasında fəal xarici siyasət apardığını da qeyd edib:

“Rusiya ilə Qərb arasındakı qarşıdurmanı bura gətirməyə çalışdığımız, eləcə də bunu yaymağa çalışdığımız barədə nağılı eşitmişəm. Bu fərziyyə əsas götürülməməlidir. İndiki hakimiyyət sırf Ermənistanın milli maraqlarından çıxış edir. Bu, mülki missiyadır və heç kimə qarşı yönəlməyib”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova buna görə Ermənistana etiraz edib. O, bunun Rusiyanın bölgədəki maraqlarına zidd olduğunu deyib. Zaxarovanın sözlərinə görə, AB-nin missiyasını Ermənistana göndərməkdə məqsəd bölgədə formalaşmış təhlükəsizlik sistemini dəyişdirməkdir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41