Bazar, 19 May

ANAMA: Ağdamda 2 kilometrlik radiusda əlli minədək mina var

image

Ağdamın 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49 483 ədəd tank və piyada əleyhinə minalar var.

Xəbər verilir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib. O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. O da qeyd olunub ki, Ağdamda örüş əraziləri hələlik təyin edilməyib.

ANAMA əməkdaşı təkcə Ağdamda 64 mina hadisəsinin baş verdiyini açıqlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41