Şənbə, 18 May

Qonşusu Rusiyanın adını dəyişdirir – Zaxarovadan təpki

image

"Prezident Vladimir Zelenskinin baş nazir Denis Şmıqala Rusiyanın adının dəyişdirilməsi ilə bağlı əmr verməsi Ukraynadan “anti-Rusiya” yaratmaq cəhdinin daha bir sübutudur".

Xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bunkerdə gizlənən (Zelenskini nəzərdə tutur – red.) hər gün apardığımız mübarizənin haqlı olduğunu sübut edir. Ukraynadan “anti-Rusiya” yaratmaq cəhdinin daha bir sübutu budur”, – Rusiya rəsmisi bildirilib.

Zelenski belə bir göstərişi ona görə verib ki, müvafiq petisiyanın baxılması üçün lazım olan 25 min imza toplanıb. Zelenski Şmıqala bu ad dəyişikliyinin tarixi və mədəni kontekstdə nə dərəcədə mümkün olduğunu və bunun hansı beynəlxalq hüquqi nəticələri ola biləcəyini öyrənməyi tapşırıb.

Müraciətdə həmçinin “Rusiya Federasiyası” sözlərinin “Moskoviya Federasiyası”, “Rusiya” sözünün “Moskoviya” sözü ilə əvəz edilməsi təklif olunur.

2022-ci ilin yanvarında Kiyev Şəhər Şurası Rusiyanın adının dəyişdirilərək “Moskoviya” adlandırılmasını təklif edib. Kiyev Şurası Rusiyanın adını dəyişmək istəyən üçüncü Ukrayna yerli hakimiyyət orqanıdır. 2021-ci ilin dekabrında Lvov Regional Şurasının deputatları Rusiyanın adının “Muskoviya” adlandırılması ilə bağlı Ali Radaya və prezidentə müraciət etmək qərarına səs veriblər. Onların ardınca Roven Regional Şurası 2021-ci il dekabrın 17-də müvafiq qərar qəbul edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41