Cümə, 19 Aprel

Paşinyanın panikası: Ermənistan Baş naziri niyə həşir salır?

image

"Rusiya Federasiyası Dağlıq Qarabağın mülki əhalisinin kütləvi şəkildə qətlə yetirilməsi ehtimalını rəsmən bəyan edib və Dağlıq Qarabağın əhalisinin və mülki infrastrukturunun təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürüb".

Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan bildirib:

"Ümid edirik ki, Rusiya Federasiyası bu funksiyanı tam şəkildə yerinə yetirəcək, lakin əgər bizim dost və müttəfiqimiz Rusiya Federasiyası hər hansı obyektiv səbəbə görə bu rolu yerinə yetirə bilmirsə, mən hesab edirəm ki, o, BMT Təhlükəsizlik Şurasına müraciət edərək Dağlıq Qarabağdakı mülki əhaliyə xəbərdarlıq etməlidir. Təhlükə və mülki infrastrukturların məhv edilməsi və bunun qarşısını almaq üçün Dağlıq Qarabağda və Laçın dəhlizində əlavə beynəlxalq mexanizmlərin işə salınmasının zəruriliyi var".

Ekspertlər bildirirlər ki, Paşinyanın bu çağırışındakı əsas məqsəd Rusiya hərbi kontingentini Qarabağdan çıxarıb, yerinə BMT bayrağı altında beynəlxalq hərbi missiyanın yerləşdirilməkdir. Bundan sonra isə o, Fransa qoşunlarının və digər bu kimi dövlətlərin hərbi qüvvələrinin Qarabağda sülhməramlı kimi fəaliyyətinə nail olmağı planlaşdırır. Son zamanlar Makronla Paşinyanın birgə davranışları, bir-birilərinə verdikləri "bacı dəstəyi" dəfələrlə mətbuatın gündəminə gəlib, müzakirə edilib. Buna qədər də Paşinyan Avropa İttifaqının mülki missiyasının Ermənistanla sərhədə yerləşməsinə nail olub. Təsadüfi deyil ki, həmin mülki missiyanın tərkibində fransız və alman polisləri də fəaliyyət göstərirlər. Yəni artıq şərhə ehtiyac yoxdur. Şübhəsiz ki, bununla Paşinyan çalışır ki, Qərbin hərbi missiyasını bu ərazilərə yerləşdirsin və Ermənistan sərhədlərini qoruyan rus hərbiçilərini öz ərazilərindən çıxarsın. Eyni zamanda bu da bəllidir ki, Paşinyan KTMT-dən də uzaqlaşmaq istəyir və bunun üçün də müxtəlif siyasi gedişlər edir, açıqlamalar verir. Ancaq Rusiyanın onun bu cür anti-Rusiya hərəkətlərinə necə reaksiya verəcəyi də çox maraqlıdır. 

Onu da qeyd edək ki, Paşinyan dünən (15 mart) keçirdiyi mətbuat konfransında etiraf etdi ki, bəli, Ermənistan-Rusiya arasındakı münasibətlərdə problemlər mövcuddur, ancaq böhran yoxdur.

Bildirək ki, erməni Telegram kanalları Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan və Qarabağla sərhəddə toplanması barədə iddialar yayırlar. Dünən baş nazir Paşinyan da öz çıxışında sərhəddə yenidən eskalasiya ehtimalının yüksək olduğunu bildirib. 

 Bu kimi təxribatlarla Ermənistan hazırda sülh müqaviləsini ləngitməklə məşğuldur. Bununla isə onun özü elə ən böyük pisliyi Qarabağ anklavındakı erməni icmasına etmiş olur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28