Cümə, 29 Mart

Hotellərdə bayram qiymətləri: 750-830 manat

image

Novruz bayram günlərində istirahət məkanlarında qiymət artımı çoxunun narazılığına səbəb olub.

Şəkidə yerləşən beşulduzlu hoteldən verilən məlumata görə, bayram günlərinə nəzərdə tutulan xüsusi proqrama görə qiymətlər qalxıb. Hoteldə adi günlərdə bir gecə üçün ikinəfərlik nömrələrdə qiymət 150 manat, martın 20-22-də isə 230 manatdır.

Qubadakı beşulduzlu hotelin marketinq menecerinin sözlərinə görə, bahalaşma tələbatın artması ilə bağlıdır. Onlarda həftəiçi adi günlərdə birgecəlik nömrənin qiyməti 135 manatdır. Bayramda isə fərqli qiymət təklif edilir.

Digər hotellərdə də qiymət artımı müşahidə edilir. Məsələn, Şabranda yerləşən beşulduzlu hoteldə adi günlərdə bir gecə üçün ikinəfərlik nömrənin qiyməti 125-180 manat olduğu halda, martın 20-22-də 310-360 manat arasında dəyişir.

Cənub mirvarisi Lənkəranda hoteldə adi günlərdə qiymət 140-210 manat, martın 20-22-də 750 manat, Şamaxıdakı hoteldə adi günlərdə qiymət 160-250 manat, martın 20-22-də 640-830 manatdır.

Ekspertlər qiymət artımını hotellərin sayının azlığı ilə izah edirlər.

Turizm eksperti Ceyhun Aşurov bildirib ki, bayram günlərində hotel və istirahət mərkəzlərinin əksəriyyətində yerlər dolu olsa da, turistlər üçün güzəştlər nəzərdə tutulmur.

C.Aşurov onu da əlavə edib ki, hər hansı bayramda xarici ölkələrdə də hotellərin qiymətində artım müşahidə edilir. Tələbat azaldıqca qiymətlər də düşür.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45