Cümə, 29 Mart

"Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir" - Baş nazir

image

Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.

Məlumata görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz ərazisində işləri sürətlə davam etdirir.

Baş nazir eyni zamanda qeyd edir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb.

"Burada layihələrin həyata keçirilməsinə ümumilikdə 106 mln. manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur, 800-dən çox yeni iş yerlərinin açılması planlaşdırılır", - deyə nazir əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45