Rusiya və İran vizasız rejimə keçir
Rusiya və İran vizasız rejimə keçir
2023-cü ildə Rusiya və İran arasında vizasız turist səfərləri haqqında sazişin qüvvəyə minəcəyini açıqlayıb.
Xəbər verilir ki, bunu İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov deyib. Onun sözlərinə görə, qrupları işə götürəcək turoperatorların siyahısı artıq formalaşıb. Nazir qeyd edib ki, söhbət 50 nəfərə qədər olan qruplardan gedir. Turistlərin qalma müddəti 15 gündən çox olmayacaq: “Rusiya Federasiyasının 60-dan çox subyekti bu işə maraq göstərib, 260 şirkətin siyahısı toplanıb.
Və biz artıq bu sənədi Xarici İşlər Nazirliyi vasitəsilə İrandan olan həmkarlarımıza çatdırmışıq. Turist mübadiləsinə başlamaq üçün onlardan da analoji sənəd gözləyirik”, – şöbə müdiri deyib.
Aftafa.tv