Cümə axşamı, 28 Mart

Qarabağdan Ukraynaya göndərilən 800 rus əsgəri həlak olub - ISW

image

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin bölmələrini çıxararaq Ukraynaya yerləşdirməsi Rusiyanın Ermənistana təsirini azaldır.

Xəbər verilir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Məlumatda daha sonra deyilir: “Ermənistanın Baş naziri Nikol Paşinyan martın 16-da bildirib ki, Rusiya Federasiyası Qarabağda Moskvanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanata əməl edə bilməyəcəksə, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir.

Paşinyan bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrini öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi. Sülhməramlıların tərkibində çox güman ki, kifayət qədər kadr yoxdur. Rusiya ordusu 2022-ci ilin martında Rusiyanın yeganə ixtisaslaşmış sülhməramlı briqadası olan 15-ci Əlahiddə Qvardiya Motoatıcı Briqadasının hissələrini Qarabağdan Ukraynaya yerləşdirib”.

“2022-ci ilin iyun ayına kimi Ukraynaya göndərilən briqadanın 1.800 əsgərindən 800-ü həlak olub, 400-ü yaralanıb. Moskva Ukraynada döyüşmək üçün Qırğızıstan, Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya əraziləri və Tacikistandakı Rusiya bazalarından daimi yerləşdirilmiş qoşunlarının elementlərini dislokasiya etdiyi üçün Rusiyanın digər postsovet ölkələrində hərbi təsirini itirməsi ehtimalı var”, – deyə "ISW" analitiklər belə hesab edir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45
image

Sabahdan tətil başa çatır

  • 26.03.2024 - 09:25