Cümə axşamı, 28 Mart

İlon Mask UDUZDU

image

Məşhur milyarder İlon Maskın qurucusu olduğu ” “SpaceX” iddia qaldıraraq Ukraynanın IT şirkəti olan “Starlink”i məhkəməyə vermişdi. 

Nəticədə isə “SpaceX”şirkəti məhkəmədə uduzub.

Xəbər verilir ki, “SpaceX”-in tələbi bu olub ki, məhkəmə Ukraynanın “Starlink” ticarət nişanının qeydiyyatına xitam versin.

Bu iddianın qaldırılmasına “Starlink”in adının  “SpaceX”-in törəmə şirkətinin adı ilə eyni olması səbəb olub.

Məlum olub ki, “Starlink” 2011-ci ildə qeydiyyatdan keçib. Amma “SpaceX”-in törəmə şirkəti Ukraynada yalnız 2020-ci ildə “Starlink Ukraine” adı ilə peyda olub.

Xatırladaq ki, 2021-ci ildə Amerika şirkətinin nümayəndələri Ukrayna şirkətinin sahibi ilə əlaqə saxlayıb, ticarət nişanından imtina edilməsini tələb etmişdilər.

Bu arada  İlon Mask Rusiya mediasına girişi əngəlləmək üçün “Starlink” internet sistemindən istifadə etməyəcəyini bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45