Bazar, 19 May

AB Ukraynaya 1 milyon artilleriya mərmisi verəcək

image

Avropa Birliyi (AB) ölkələri bir il ərzində Ukraynaya 1 milyon artilleriya mərmisi təqdim etmək niyyətindədir.

Xəbər verilir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Bununla bağlı Avropa Sülh Fondundan 1 milyard avro ayrılması planlaşdırılır.

Bundan başqa, AB üzvlərinin öz ehtiyatlarından döyüş sursatı göndərmə xərclərini qarşılamaq üçün fonddan daha 1 milyard avro xərclənəcəyi gözlənilir.

Məsələ ilə bağlı sazişin AB liderlərinin bu həftə Brüsseldə keçiriləcək görüşündə təsdiqlənəcəyi vurğulanır.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41