Cümə axşamı, 25 Aprel

Yazıçı medianı tənqid etdi: “O kameranın sahibi nəyi çəkmək istəyir?”

image

“Oqtay Əliyevin belə tez, faciəli şəkildə həyatdan getməsi məni də sarsıtdı. Biz bir-birimizi yaxından tanıyırdıq və o, məni dəfələrlə rəhbərlik etdiyi verilişlərə dəvət etmişdi. Xoşqılıq, maraqlı, səmimi insan idi. Həyat yoldaşı Dilarə xanım da yaxşı sənətkar, dəyərli insandır. Oqtayın anası Elmira xanım da gözəl sənətkar, dəyərli səhnə ustasıdır. Allah hamısına səbr versin. Taleyin işidir, Oqtayın həyatı belə bitti. Çox təəssüf edirəm...”.

Bu sözləri yazıçı-publisist Xeyrəddin Qoca deyib.

O, bəzi media işçilərini tənqid atəşinə tutub:

“Bu günlərdə “Youutube”da bir görüntü gördüm, Dilarə xanım böyük kədər içərisindədir. Elə bir kədərli simaya baxmaq belə, insana çətindir. Yanında bir kameramanın kamerası az qala, xanımın sifətinə toxunur. O kameranın sahibi nəyi çəkmək istəyir? Həyatdan getmiş ömür-gün yoldaşı üçün ah-nalə çəkən bir qadının göz yaşlarınımı? Bununla nə demək istəyir? Az-çox hissiyyatı olan insanlar bilmirlərmi ki, ailə başçısını, əziz oğulu, dəyərli atanı, sevimli qardaşı itirmək nə deməkdir? Bəlkə belə kameramanlar "bilirsiniz, biz də orada idik, biz də sizin halınıza yanırıq" demək istəyirlər?”

O, dəfn mərasimində iştirak edən bəzi sənətçiləri də qınayıb:

“Hər hansı ailə üzvünün həyatdan köçməsi ailə üçün elə bir ağırlıqdır ki, təsəlli vermək belə, çox azdır. Belə dərdi çəkib qurtarmaq sadəcə mümkün deyil. Bunu bilə-bilə, bəzi sənətçilər kameralar qarşısında gəlişigözəl sözlər deməklə, sanki özlərini göstərirlər.

Hamının qəlbi yanır, mərhumun yaxınlarına imkan vermək lazımdır ki, böyük dərddən qəddləri əyilsə də, özləri ağılla, dərrakə ilə bu dərdi başa vursunlar, birtəhər öz həyatlarını yaşamağa davam etsinlər...

Hələ onu demirəm ki, insan həyatdan gedəndən sonra sosial mediada nələr yazırlar. Hərə bir fikir söyləyir: "Qəzanın detalları məlum oldu", "filankəs belə deyir", "heç demə, əhvalat belə olub" vəs. və i.a. Adamdan soruşarlar, işiniz-gücünüz yoxdur?"

"Ümumiyyətlə, Azərbaycanda media işçilərinin çoxu özlərinə aid olmayan işlərlə məşğuldurlar. Onlar unutmasınlar ki, xalq həmişə mətbuata inanıb, ona hörmət edib. Xalqın mətbuata olan inamını qoruyub saxlamaq hər bir media əməkdaşının borcudur...

Yeri gəlmişkən, qeyd edim ki, bir hörmətli akademik, ya hamının tanıdığı bir ziyalı, tarixçi, alim, məşhur mühəndis, yazıçı həyatdan getsəydi, bəlkə də media əməkdaşları onların məclislərində görünməzdilər. Mətbuatda həyatdan köçən haqqında bir xəbər verərdilər, vəssalam. Mən bunun da tərəfdarı deyiləm, hərənin öz qiyməti verilməlidir. Mətbuat haqqında qayda-qanunlara əməl etmək şərti ilə...” - Xeyrəddin Qoca fikirini tamamlayıb.

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33