Cümə, 17 May

3 ölkə Azərbaycandan 1 milyardlıq qaz alıb 

image

2023-cü ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 1 milyard 6 milyon 939,047 min avro dəyərində təbii qaz idxal ediblər. 

Xəbər verilir ki, bu barədə “İnterfaks” agentliyi Avrostata istinadən bildirir.

2022-ci ilin yanvar ayında Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyər həcmi 887 milyon 434,481 min avro, həmin ilin dekabr ayında isə - 1 milyard 189 milyon 787,640 min avro təşkil edib.

Beləliklə, illik hesablamada İtaliya, Yunanıstan vı Bolqarıstanın Azərbaycanda qaz alışına xərcləri 13,5% artıb, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 15,4% azalıb.

Məlumata görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avro dəyərində təbii qaz idxal edib (il ərzində artım təxminn 4 dəfə). 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41