Cümə axşamı, 16 May

İrandan Azərbaycana gətirilən beş ton bibər yararsız çıxıb

image

İrandan Azərbaycana gətirilən beş ton bibər yararsız çıxıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İrandan idxal olunan 5 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00