Bazar, 19 May

Pediatr: Yeni doğulmuş körpələri 40 gün çimizdirməmək düzgün deyil

image

Pediatr: Yeni doğulmuş körpələri 40 gün çimizdirməmək düzgün deyil

Yeni doğulmuş körpələri çox qalın geyindirmək və 40 gün çimizdirməmək düzgün deyil.

Xəbər verilir ki, bunu pediatr Azər Əhmədov deyib. Həkimin sözlərinə görə, otaq temperaturu 23-25 dərəcədirsə, körpələr çox qalın geyindirilməməlidirlər:

“Temperatur yüksək olduğu zaman körpə qida vaxtını keçirir və qan şəkəri düşür. Bu zaman da daha çox yuxuya meyilli olur.

Körpələrin çimizdirilməsi barədə danışan həkimin sözlərinə görə, körpələr xəstəxanadan evə çıxdıqdan sonra çimizdirilə bilər:

“Sadəcə körpəni çimizdirərkən göbəyinin çox islanmamasına fikir vermək lazımdır. Göbək quru tutulduğu zaman 7-10 gün içərisində düşür. Körpələri isti aylarda hər gün, qış aylarında isə günaşırı çimizdirməkdə heç bir problem yoxdur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41