Çərşənbə, 24 Aprel

Qazaxıstanın nefti Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınacaq

image

Keçən il "KazMunayQaz" və "SOCAR" birgə müqavilə imzalayıb. 

Xəbər verilir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin bildirib. 

O, bu ilin aprelində Azərbaycan ərazisi ilə neft ixracı planlarını açıqlayıb: "2023-cü ildən biz Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon ton neft tədarük etməyi planlaşdırırıq. Proses artıq mart ayında başlayıb, ilk iki tanker yola salınıb. 

Onun sözlərinə görə, rəsmi Bakı başqa marşrutlar da təklif edir: "Məsələn, Bakı-Supsa, amma indi biz neft kəmərinin texniki xüsusiyyətlərini hesablayırıq. Böyük həcm də dəmir yolu ilə - Batumi və Poti limanlarına daşınır. Hazırda öyrəndiyimiz ən mühüm məsələ Qazaxıstan və Azərbaycan tərəfdən daşımalarda yaranan problemlərin aradan qaldırılması üçün yol xəritəsidir". 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37