Bazar ertəsi, 20 May

Uşaqlarda iştahasızlığın aradan qaldırılması yolları

image

Uşaqlarda iştahasızlıq müasir dövrdə valideynlərin şikayətləndiyi ən aktual problemlərdən biridir. Bəzən həmin problemi həll etmək üçün valideynlər uşağı məcburi qaydada yedizdirirlər.

Xəbər verilir ki, həkim-pediatr Nigar Mirzəyeva bununla əlaqədar olaraq deyib: “Uşaqların yemək saatları, özlərinə məxsus qabları, qaşıqları olmalıdır. Onları zorla yedizdirmək düzgün deyil, qoy az yesinlər, lap iki-üç qaşıq yesinlər, amma məcburi yeyib travma almasınlar. Uşaqları məcbur yedizdirəndə onlarda yeməyə qarşı ikrah hissi yaranır”.

Qidalandırma zamanı məcburiyyət, güc, şiddət tətbiq edilməsi yanlış üsuldur. Belə olanda uşaqlarda yeməklərə qarşı həvəs olmadığından zaman keçdikcə bir çox problemlər meydana çıxır. Ən əsası isə psixoloji aqressiv uşaq böyüyür.

Ümumiyyətlə, uşaqlarda iştahasızlığın əsas səbəbi əksər hallarda qidalanma tərzində olan qüsurlarla əlaqədardır. Düzgün seçilməyən qida növü, məcburi yedizdirmələr, qeyri-düzgün yuxu rejimi iştahasızlığa səbəb olan hallardır.

“1 yaşına qədər uşaqlar ilk üç ayda 1 kiloqram, daha sonra isə 800 qram çəki artırırlar. 1 yaşından sonra uşaqlar artıq yemək yaşına deyil, oyun yaşına keçdiklərinə görə onlarda yemək ikinci plana keçir. Ona görə də həmin yaşda olan uşaqlar üçün qidalanma o qədər də maraqlı deyil”, – deyə həkim-pediatr bildirib.

Bu sahədə yeganə yol uşağın acmasını təmin etməkdir. Uşağın yeməkdən zövq almasına imkan vermək və özü istəyənə qədər ona yemək təklif etməmək lazımdır. Ac olanda isə çox yeməsinə imkan verməmək lazımdır. Bunlara əməl edəndən bir müddət sonra o da hamı kimi acacaq və onda yeməyə qarşı həvəs yaranacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41