Şənbə, 18 May

Oruc tutanlara bunları etmək olmaz

image

Ramazanda oruc tutanlar bir çox yanlışlıqlara yol verirlər. 

Xəbər verilir ki, Ramazanda çox isti lavaş yemək və orucu buz kimi soyuq su ilə açmaq olmaz.

Belə ki, orucluq yaz mövsümünə təsadüf etdiyindən, aclıq müddətinin uzun olması və qidaların çox yeyilməsi, orqanizmin  adət etmədiyi rejimə girməsinə səbəb olur. Buna bir də yanlış qidalanma vərdişləri əlavə olunanda, kökəlməklə yanaşı, metabolizmanın yavaşıması, qan şəkərində nizamsızlıq, əsəbilik, yorğunluq, diqqətsizlik, müvazinət itkisi, baş ağrısı, başgicəllənmə, unutqanlıq, yuxuya meyl, mədə pozğunluğu, şişkinlik və ürəkbulanma kimi problemlər ortaya çıxır.

İftar zamanı çörəyi isti yeməkdən çəkinmək lazımdır. 

İftarda isti şorba və ya iftar sonunda isti çay içməkdən çəkinin. 

Yemək zamanı 2-2,5 litri su içə bilərsiniz. Əks halda dəridə quruma, qəbizlik kimi problemlər, yorğunluq və istilik hissi kimi problemlərə yol aça bilərsiniz. 

Soyuq su və ya buzlu içki içəndə bunların təmas etdiyi hüceyrələrin quruluşu pozulur, mikroblar artmağa başlayır.

İftarı bağlayarkən, sizi uzun müddət tox saxalaya biləcək - yumurta, pendir, süd kimi zülal tərkibi yüksək olan qidalara üstünlük verin. 

İftardan sonra şirniyyatlar uzun müddət mədə pozğunluğu, mədə yanması, reflyuks və kilo problemi ortaya çıxarır. Eyni zamanda, qızartma, xəmir yeməkləri, həddən artıq şəkər və yağ tələb  edən qidalar, şokolad, qazlı içkilərdən uzaq durmağa çalışın.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41