Cümə, 17 May

Xerson atəşə tutuldu - Ölən və yaralananlar var

image

Rusiya ordusu Xerson vilayətini atəşə tutub.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak teleqram kanalında məlumat verib.

“Rusların Xerson şəhərini atəşə tutması nəticəsində bu gün iki qadın həlak olub. Onlar həyatla bir araya sığmayan mina partlayıcısı xəsarətləri alıblar”, - Yermak bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hava hücumu nəticəsində Xerson vilayətində hüquq-mühafizə orqanlarının üç əməkdaşı yaralanıb.

“Xerson vilayətində üç polis əməkdaşı yaralanıb, onlar düşmən PUA-larının hücumuna məruz qalıb. Berislav şəhərində iki polis maşını düşmən atəşinə tutulub”, - məlumatda qeyd olunub.

 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58