Cümə, 29 Mart

“Pis yola düşmüş” siyasətçi – keçmişdən bu günə

image

Türkiyə siyasi mühiti ilə yaxından tanış oxucular Doğu Pərinçəyin kimliyinə və siyasi xaraktersizliyinə çox yaxşı bələddir. Hər siyasi debatda rəqibləri tərəfindən söyülən, “puşt”, “dönek” deyə təhqir olunan Pərinçək, illərdir ki, utanmadan ekranlarda görünməyə, öz absurd və iylənmiş fikirlərini səsləndirməyə davam edir. Lakin 2023-cü il prezident seçkilərində Doğu Pərinçəyin namizədlik cəhdləri tam bir fiasko ilə nəticələnib. Daha doğrusu türk xalqı Pərinçəyə 100 min imza ala bilməyəcək qədər hörmətsiz olduğunu göstərib. 

Bu vaxta qədərki hər seçkidə iştirak edən Pərinçəyin, nə üçün bu dəfə uğursuz olmasının səbəbləri isə olduqca maraqlıdır. Deyəsən hər seçkidə namizəd olaraq təlxəklik edən, seçki prosesini gözdən salan bir klouna 2023-cü ildə ehtiyac yaranmayıb. Bəlkə də, Türkiyədəki proseslər daha ciddi və əhəmiyyətli hal aldığından Pərinçəyin timsalında “saray təlxəyi” vakansiyası ixtisara salınıb.

https://azadsoz.com/M0/1/2023/04/images/20230417_101731_1681712251_e7e250f09f.jpeg

Pərinçək kimdir? Saray təlxəyi yoxsa, dönək siyasətçi?

Türkiyədə hər yel əsəndə bir qucaqda oturan Pərinçək “peşə fəaliyyətinə” 60-cı illərdə öz dönəminin solçu “devrimci”lərinəqoşulmaqla gəlib. Elə uzun müddət də özünü solçu, inqilabçı kimi qələmə verən Pərinçək daha da irəli gedərək PKK-nın fəal dəstəkçiləri sırasında yer alıb. Hətta şəxsiyyətsiz Pərinçəyin terrora olan rəğbəti o həddə yüksəlib ki, dəfələrlə terror yuvalarına səfər etməkdən və dəstək mesajları səsləndirməkdən belə çəkinməyib. İmkan tapıq PKK-nın uşaq qatili rəhbəri Abdullah Öcalanın da qucağında oturan Pərinçək, bu gün Türkiyə cəmiyyətinə özünü “siyasətçi” kimi sırımağa cəhd göstərir. 

Bir zamanlar rəhbəri olduğu dərgidə ağzı köpüklü quduz it kimi Türk ordusunu təhqir edən Pərinçək deyəsən keçmişini çox tez unudub. Günü bu gün də kütlələrin unutqanlığıdan yararlanmağa çalışan opportunist (fürsətçil) siyasətçi utanmaz şəkildə özünə haqq qazandırmağa çalışır. Bütün bunlar azmış kimi, Türkiyə Cümhuriyyəti prezidentliyinə namizəd olaraq türk xalqının “qırmızı çizgiləri”ni tapdamaqdan çəkinmir. 

Buqələmun Pərinçək?

90-cı illərdə solçu kimliyini unudaraq bir anda qatı millətçiyə çevrilən Doğu Pərinçək, Türkiyə cəmiyyətində ideoloji “dönüklüyün” simasına çevrilib. Pərinçəyin bu cür “dönəkliyi”və rəng dəyişdirməsi, bəlkə də, siyasət tarixindəki ən sürətli U dönüşlərindən biri hesab olunmalıdır.  Bir vaxtlar “İncil” və İsa Məsih reklamları ilə gündəmə gələrkən, bir anda inanclı müsəlman obrazına bürünməsi, hətta dərgisində misioner təşkilatları ifşalamağa çalışması Pərinçəyin xaraktersizliyini açıq şəkildə gözlər önünə sərir. 

Hər on ildə bir simasını dəyişdirən Pərinçək, gah terroru müdafiə edir, gah da vətən-millət qayğısı çəkən əzabkeş donunabürünür. Maskasının altından nə çıxacağı bəlli olmayan Pərinçəyin keçmişindən utandığı, PKK dəstəkçəsi olduğu üçün hər hansı mənəvi əzab çəkdiyi də inandırıcı görünmür. Çünki bu illər ərzində vicdansız şəkildə türk xalqının önünə çıxıb danışmaq, onu aldatmağa, manipulyasiya etməyə çalışmaq, hətta bütün sərhədləri keçib prezidentlik iddiası göstərmək “alçaqlığın”, başqa cür desək “Pərinçəkçiliyin” ideal örnəyideyilmi?!

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45