Bazar, 19 May

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslərin sayı 10-a çatdırıldı

image

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) Ramazan bayramı ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21 aprel və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib.

Xəbər verilir ki, 21 aprel tarixində əlavə reys üzrə saat 15:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.  

24 aprel tarixində isə əlavə reyslə saat 16:00-da yola düşən qatar saat 20:55-də Bakı Dəmiryol Vağzalına çatacaq. Bununla da Ramazan bayramı ilə əlaqədar sonuncu qeyri-iş günü - 24 aprel tarixində Ağstafa-Bakı istiqaməti üzrə saat 15:30, saat 16:00 və saat 17:10 olmaqla ümumilikdə 3 qatar  yola düşəcək.

Xatırladaq ki, ADY-nin bütün strukturları Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

 



 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41