Bazar, 19 May

Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

image

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edəcək.

Xəbər verilir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib.

Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə dünən Ukraynaya səfər etdiyini xatırladan Stoltenberq, “Prezident Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlığı da müzakirə etdik. Mən onu sammitin toplantısına dəvət etdim. Onun dəvətimi qəbul etdiyi və sammitdə iştirak edəcəyi üçün şadam”, - deyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41