Cümə axşamı, 16 May

Bu stadionun təmirinə 1 milyard avro xərclənəcək

image

"Barselona" ev oyunlarını keçirdiyi "Kamp Nou"nun  yaxın vaxtlardakı təmiri üçün təqribən 1 milyard avro xərcləyəcək. 

Xəbər verilir ki, bu barədə klubun saytı məlumat yayıb. Kataloniya təmsilçisinin rəsmiləri vəsait toplamaq üçün sərmayədarlarla razılaşmağa nail olublar. Layihənin əsasını stadion tutumun artırılması və əvvəllər stadionda olmayan dam örtüyünün quraşdırılması təşkil edir. Bu, həmçinin bütün tribunaların, tribunaaltı otaqların və yükdaşıyan konstruksiyaların yenidən qurulmasını və təmirini nəzərdə tutur. 

"Barselona" stadionun tikintisi başa çatdıqdan sonra tanınmış musiqi platforması ilə promo-müqavilədən əldə olunan gəlirdən istifadə edərək krediti qaytarmağa başlayacaq. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00