Şənbə, 18 May

Nusret Gökçe keçmiş işçiləri tərəfindən məhkəməyə verildi 

image

Türkiyəli məşhur aşpaz Nusret Gökçe keçmiş işçiləri tərəfindən məhkəməyə verilib.

Xəbər verilir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Dünyanın müxtəlif yerlərində 22 restoranı olan Gökçenin keçmiş işçiləri onun
restoranlarında cinsiyyətçi atmosferin hökm sürdüyünü və işçilərin milli ayrı-seçkiliyə məruz qaldığını iddia ediblər. Nusret Gökçe ilə işləyən bəzi qadınlar isə “dekolte” geyinməyə məcbur edildiklərini bildiriblər.

İddiaçılar həmçinin Gökçenin şöhrətə və pula həris olduğunu dilə gətiriblər. Yeddi iddia üzrə dindirilən 9 işçi bildirib ki, iş yerində əməyin istismarı ilə yanaşı, onlarla kobud davranılıb.

“Nusr-Et Mayami”də çalışan qadın kişi işçilərin onu təqib etdiyini, ünvanına seksist və irqçi ifadələr işlədildiyini, daha açıq dekolteli geyinməsi ilə bağlı ona xəbərdarlıq edildiyini bildirib.

Daha bir xanım işçi isə yaxşı işləməsinə rəğmən qadın olduğu üçün vəzifəyə gətirilməməsindən narazılıq edib.

Beləcə Nusretin başı yaman dərddədir. Görünən odur ki, dünyanı peşəkar qəssablıqla heyrətləndirmək çox azdır, gərək həm də yaxşı rəhbər olasan ki, adın qalmaqallarda hallananmaya. Keçmiş olsun!

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41