Cümə axşamı, 18 Aprel

Deputat Elşən Musayevin ürəkdən etmədiyi, yalnız üzündən oxuduğu tənqid

image

Deputat Vahid Əhmədovun Milli Məclisdə necə “çarmıxa” çəkildiyini yəqin ki, hamınız izlədiniz. Həmin müzakirələrdə mənim diqqətimi gənc millət vəkili Elşən Musayevin emosional tərzdə etdiyi çıxış çəkdi. Çıxışın məzmunu ilə bağlı heç nə demək istəmirəm. Ancaq Elşən Musayev Vahid Əhmədov haqda etdiyi məlum çıxışla prosesə başqa bir görkəm vermiş oldu. Nədir bu yanlışlıq?

Fikir verdinizsə, Musayev öz deputat həmkarı Vahid Əhmədova ünvanladığı ittihamları əvvəlcədən hazırlanmış kağızdan oxuyurdu. Vahid Əhmədovun Musayevin çıxışından əvvəl səsləndirdyi arqumenti bu oldu ki, ona qarşı bu kampaniya təşkil edilib. Etiraz edən deputatların çıxışının məzmunundan isə belə başa düşdük ki, onların Vahid Əhmədovun səsləndirdiyi fikirlərə reaksiyaları təşkil edilmiş yox, impulsivdir.

Çünki deputat müsahibəsində hədəf olaraq məhz onları və ümumi parlamenti seçib. Parlamentin iclasında bu mövzu cari məsələ kimi müzakirə edilib. Yəni izahı belə verilir ki, deputatlar əvvəlcədən gündəlikdə duran məsələləri müzakirə edərkən, birdən gözləri Vahid Əhmədova sataşıb və yaddaşlarına onun verdiyi müsahibə düşüb. Bundan sonra da, başlayıblar Vahid müəllimi “ağ yuyub, qara sərməyə”.

Maraqlıdır, elə qısa zaman kəsiyində gənc deputat Elşən Musayev Vahid Əhmədova həsr etdiyi monoloqu harada və necə yaza bildi ki, sonra da onu üzündən oxumalı oldu? Mətn əvvəlcədən cibində olubsa, onda sual yaranır: o, nə bilib ki, iclasda məhz Vahid Əhmədovla bağlı müzakirə gedəcək? Mən bilən əvvəlcədən müəyyənləşən gündəlikdə bu məsələ olmayıb.

Lap götürək ki, bilib. Məgər o qədər mətni oxuyub əzbərləmək belə çətindir ki, bunu etməməklə Vahid Əhmədovun arqumentini gücləndirmiş olur? Görünür ki, Vahid Əhmədovun müsahibəsində dərin məna Elşən Musayevı tam çatmayıb. Belə olmasaydı, o, Əhmədova olan qəzəbini kağızı üzündən oxumaqla deyil, ürəkdən ifadə edərdi.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28