Cümə, 17 May

Rus snayperlər Ukraynada jurnalistləri güllələdilər, biri ÖLDÜ - FOTO

image

Ukraynanın Xerson vilayətində jurnalistlər rus snayperləri tərəfindən güllələnib. 

Xəbər verilir ki, nəticədə ukraynalı jurnalist Boqdan Bitik həyatını itirib, İtaliyanın "La Repubblica" nəşrinin müxbiri Korrado Zunino çiynindən yaralanıb.

Məlumata görə, hadisə Dinepr çayı üzərindəki Antonovski körpüsü yaxınlığında baş verib.

Bildirilib ki, döyüş əməliyyatlarının gedişini işıqlandıran hər iki jurnalistin əynində üzərinə “Press” yazılmış gülləkeçirməz jiletlər olub.

“Onlar bizə atəş açdılar. Boqdanı yerdə gördüm, yerindən tərpənmədi. Mülki avtomobilə çırpılana qədər qaçdım. Qan içində idim, məni Xerson xəstəxanasına apardılar. Bir neçə dəfə Boqdana zəng etmək istəsəm də, cavab vermədi. O, mənim dostum, böyük qardaşım idi, bu ağrı dözülməzdir”, - deyə Zunino mətbuata açıqlamasında bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58