Bazar, 19 May

Ukrayna ordusu geri çəkilir - Şəhər ruslara təslim olur

image

Rusiya qüvvələri Donetsk vilayətinin Baxmut şəhərini işğal etmək cəhdlərini davam etdirirlər.

Xəbər verilir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) rusların bu istiqamətdə müəyyən uğur əldə etdiklərini bildirir.

ISW-nin məlumatına görə, Rusiya hərbçiləri Kostantinivka-Çasiv Yar-Baxmut marşrutunda təzyiqləri artırıblar. Yeni geolokasiya görüntüləri Rusiya qoşunlarının şəhərin cənub-qərbində irəlilədiklərini göstərir. Eyni zamanda, digər geolokasiya görüntüləri Ukrayna qüvvələrinin bu istiqamətdəki yol boyunca nəzarətli şəkildə geri çəkildiyini üzə çıxarır. ISW bunun rusların irəliləmələri ilə əlaqələndirir.

Ukraynanın Baş Qərargahı ilk dəfə qoşunların Baxmutdan 9 km qərbdə yerləşən Çasiv Yar istiqamətində Rusiyanın quru hücumunu dəf etdiyini açıqlayıb.

Rusiya mənbələri “Vaqner” qüvvələrinin Baxmutun mərkəzində Ukraynanın müdafiəsini yardığını və şəhərin şimalında, cənubunda və qərbində Ukraynanın mövqelərinə hücumları davam etdirdiyini yazırlar.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41