Cümə, 19 Aprel

Bu ölkədə Messi üçün futbol tarixində ən böyük müqavilə hazırlanır – İDDİA

image

PSJ-nin hücumçusu Lionel Messi yay transfer pəncərəsində Fransa klubunu tərk edə bilər. Argentinalı daha əvvəl PSJ-dən ayrılmaq barədə düşünüb və Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfərə görə dayandırıldıqdan sonra ayrılmaq qərarı ehtimalı daha çoxdur.

Bu barədə “L'Equipe” məlumat yayıb.

Mənbənin sözlərinə görə, PSJ Messi ilə müqaviləni yeniləməyəcək və futbolçu özü də vəziyyətin dəyişməsini istəyir. Ona ciddi maraq Səudiyyə Ərəbistanından gəlir. Bu dövlətin hökuməti Lionelə futbol tarixinin ən böyük müqaviləsini təklif etməyə hazırdır. Argentinalı futbolçu Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”inin əzəli rəqibi “Əl-Hilala” keçə bilər.

Qeyd olunur ki, Messi və ətrafı PSJ ilə münaqişədən əvvəl də Səudiyyə Ərəbistanı ilə variantı ciddi şəkildə düşünürdülər. Leonun “İnter Mayami”yə keçmək və “Barselona”ya qayıtmaqla da bağlı seçimləri var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20