Şənbə, 20 Aprel

Üzr istəyən Messi məşqlərə qayıtdı

image

Paris Saint-Germain (PSJ) klubunun hücumçusu Lionel Messi cəzalandırıldıqdan sonra ilk dəfə məşqlərə qayıdıb.

Xəbər verilir ki, bu barədə PSJ-nin mətbuat xidməti məlumat yayıb.

35 yaşlı argentinalı Fransa çempionatının 33-cü turu çərçivəsində səfərdə "Loryen"ə uduzduqdan (1:3) sonra Səudiyyə Ərəbistanına yollanıb. Onun gedişinə parislilərin rəhbərliyi icazə verməyib, beləliklə o, məşqi buraxmalı oldu. 

Daha sonra hücumçu iki həftəlik oyunlardan və məşqlərdən kənarlaşdırılıb. Mayın 5-də Messi klubla razılaşdırılmayan səfərə görə komandadan üzr istəyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20