Bazar, 19 May

Cəlilabadda mikroavtobus aşdı: yaralılar var

image

Cəlilabad rayonunda yol qəzasında yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

Məlumata görə, "QAZel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.

Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41