Bazar, 19 May

Türkiyədə atışma - Ölən və yaralananlar var

image

Türkiyənin İzmir şəhərinin Menderes rayonundakı çay evlərindən birində baş verən silahlı insident zamanı 5 nəfər ölüb, yaralananlar var.

Xəbər verilir ki, münaqişəyə borc pul məsələsi səbəb olub. Hər iki tərəfin silahdan istifadə etdiyi davada daha 2 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım, polis əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41