Çərşənbə, 24 Aprel

SON DƏQİQƏ! Fransa öldürücü silahlarla Azərbaycana qarşı hərəkətə keçir

image

“Ermənistanın Azərbaycanla sərhəddə təxribatlar törətməsinin əsas məqsədi regiondakı təhlükəsizlik sistemini zədələmək, sülhə təhdid formalaşdırmaq və danışıqlar prosesinə kölgə salmaqdan ibarətdir. Əlbəttə, burada xarici qüvvələrin işi də qeyd olunmalıdır”.

Bu sözləri politoloq İlyas Hüseynov deyib.

ilyas.jpg (91 KB)

Politoloq qeyd edib ki, sabah Brüsseldə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin moderatorluğu ilə növbəti görüşünü keçirəcək:

“Bu, həm də Brüssel formatının yenidən işə başlamasını, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik yönündə müzakirələrin keçirilməsini ehtiva edir. Digər tərəfdən, Avropa Siyasi Birliyinin iyunun 1-də Moldovada keçiriləcək görüşündə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcək. Bu, yeni format, yeni yanaşmadır. Yeni danışıqlar platformasıdır”.

Politoloq bildirib ki, mühüm danışıqlar ərəfəsində Ermənistan öz ənənəsinə sadiq qalaraq hərbi-siyasi təxribatlar törədir:

“Bütün bu təxribatlara görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlılarının olduğu bölgədə də hərəkətliliyə dair mesajlar var. Bütün bunlar hazırkı kövrək sülhü sarsıtmaq üçün atılan məkrli addımlar və planların tərkib hissəsidir. Lakin Azərbaycan həm siyasi sahədə, həm də hərbi seqmentdə öz maraqlarını qətiyyətlə qoruyub və qoruyacaq”.

İlyas Hüseynov vurğulayıb ki, biz həm də Fransanın regionda pozuculuq niyyətlərini müşahidə edirik: 

“Fransanın Ermənistandakı səfirliyinə yeni təyin olunacaq hərbi attaşe həm də Fransadan Ermənistana göndəriləcək silahların nəzarətini həyata keçirəcək. Bütün bunlar təhlükəsizlik sisteminə vurulan zərbədir. Öldürücü və dağıdıcı silahların yayılmaması və ötürülməməsi istiqamətində öhdəlik götürən Avropa İttifaqının aparıcı dövləti olan Fransa sülhü pozan addımlardan çəkinməli, birtərəfli qaydada Ermənistanı dəstəkləməyə son qoymalıdır”.

Erməni mətbuatının məlumatına görə, Fransa Qafanda hərbi baza yerləşdirəcək. Ermənistan baş naziri Nikol Paşinyan fransız yarımhərbilərinin iki saatdan sonra Zvartnots hava limanında olacağını bildirib. 

 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33