Bazar ertəsi, 20 May

Oteldə oğlanı yatızdırıb 600 minlik oğurluq etdi

image

ABŞ-da son dövrlərin ən qəribə oğurluq hadisəsi olub.

Xəbər verilir ki, hadisə Mayamidə baş verib. Təxminən 30 yaşı olan qadın barda bir oğlanla tanış olub və əvvəlcə yeyib-içiblər.

Daha sonra cütlük otelə gedib. Burada qadın oğlanın içkisinə dərman töküb. Nəticədə oğlan yatıb. Bundan istifadə edən qadın oğlanın 600 min dollarlıq qızıllarını və Rolex markalı bahalı saatını oğurlayaraq, qaçıb. Qadının görüntüləri liftin kamerasına həkk olunub.

Oyanıb qarət olunduğunu bilən zərərçəkmiş polisə üz tutub. Polis kameraya düşən qadının fotosunu hər yerdə yayaraq, axtarışlara başlayıb. Ancaq oğrunun sanki “qeybə çəkildiyi” bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41