Çərşənbə axşamı, 16 Aprel

Ərdoğan Sinan Oğanı nazir təyin edəcək? – Özü danışdı

image

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentliyə keçmiş namizəd Sinan Oğanla bağlı maraqlı açıqlamalar verib.  O, S.Oğanla aralarında hər hansı bazarlıq olmadığını bildirib. 

Xəbər verilirki, qatıldığı televiziya proqramlarının birində Ərdoğan keçmiş rəqibinin ünvanına xoş sözlər söyləyib. O, Sinan Oğanı “Cümhur” İttifaqının namizədini təmənnasız dəstəklədiyini bildirib. 

Türkiyə prezidenti keçmiş rəqibinin onun qələbəsi üçün var gücü ilə çalışdığını vurğulayıb:

“Məndə olan məlumata görə, Sinan bəy bu gün və sabah ayrı-ayrı televiziya kanallarında bizim qələbəmiz üçün çıxışlar edəcək. O, hazırda “Cümhur” İttifaqının bir əməkdaşı kimi gecə-gündüz çalışır. Onun bu təmənnasız fəaliyyətini təqdir edirəm”.

Ərdoğan Sinan Oğana gələcəkdə nazir postu veriləcəyi ilə bağlı iddiaları təkzib edib. Türkiyə prezidenti bildirib ki, AKP rəsmiləri heç kimlə bazarlıq masasına oturmurlar:

“Onlar bilirlər ki, mən heç kimə vəd vermirəm”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14