Cümə axşamı, 18 Aprel

Türkiyədə seçki qutularının 97 faizi açılıb: Ərdoğan liderdir - YENİLƏNİR

image

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 97,41 faizi açılıb.

Xəbər verilir ki, ilkin nəticələr belədir:

Rəcəb Tayyib Ərdoğan 52,18 faiz, Kemal Kılıçdaroğlu 47,82 faiz səs.

Səslərin sayılması prosesi davam edir.

***20:24

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 92,96 faizi açılıb.

Xəbər verilir ki, ilkin nəticələr belədir:

Rəcəb Tayyib Ərdoğan 52,50 faiz, Kemal Kılıçdaroğlu 47,50 faiz səs.

Səslərin sayılması prosesi davam edir.

***20:04

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 85,45 faizi açılıb.

Xəbər verilir ki, ilkin nəticələr belədir:

Rəcəb Tayyib Ərdoğan 53,15 faiz, Kemal Kılıçdaroğlu 46,85 faiz səs.

Səslərin sayılması prosesi davam edir.

***19:54

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 79,09 faizi açılıb.

Xəbər verilir ki, ilkin nəticələr belədir:

Rəcəb Tayyib Ərdoğan 53,70 faiz, Kemal Kılıçdaroğlu 46,30 faiz səs.

Səslərin sayılması prosesi davam edir.

***19:32

Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 61,38 faizi açılıb.

Xəbər verilir ki, ilkin nəticələr belədir:

Rəcəb Tayyib Ərdoğan 55,26 faiz, Kemal Kılıçdaroğlu 44,74 faiz səs.

Səslərin sayılması prosesi davam edir.

***19:13

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Səsvermə bülletenlərinin 21,05 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 60,07 faiz səs qazanıb.

"Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 39,3 faiz səs toplayıb.

***18:02

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar səsvermə başa çatıb.

Xəbər verlir  ki, yerli vaxtla saat 17:00-da bütün seçki məntəqələrində səsvermə yekunlaşıb və məntəqələr bağlanıb.

Hazırda səslərin sayılmasına başlanılır.

İlkin nəticələrin bir qədər sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28