Cümə, 29 Mart

Lavrovun müavini Türkiyədəki seçkilərdən DANIŞDI

image

"Moskva Ankara ilə bütün strateji layihələri həyata keçirməyi hədəfləyir".

Xəbər verilir ki, bunu Rusiya XİN başçısının müavini Aleksandr Qruşko deyib.

"Moskva və Ankaranın iqtisadi layihələri regional təhlükəsizliyin mühüm elementi olaraq qalır. Rusiya Federasiyası ilə Türkiyə arasında bütün razılaşmalar sistem xarakterlidir, qaz qovşağı layihəsi üzrə işlər plana uyğun aparılır. Moskva və Ankara siyasi dialoqu, həmçinin turizm və mədəniyyət sahəsində əməkdaşlığı davam etdirəcək. Türkiyə taxıl müqaviləsində müsbət rol oynadı, indi top Rusiya Federasiyasına qarşı qanunsuz sanksiyalar tətbiq edənlərin tərəfindədir. Moskvanın tərəfdaşları Rusiyanın ərzaq ixracının qarşısındakı maneələri aradan qaldırmalıdır, siyasi bəyanatlar artıq kifayət etmir", - o əlavə edib.

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45