Cümə, 19 Aprel

Papikyan qaçdı: Erməni diversantların yaxalanması...

image

Ermənistan müdafiə naziri Suren Papikyan Ermənistan-Azərbaycan sərhədində erməni diversantların ifşa olunması və onlardan iki nəfərin Azərbaycan tərəfdən yaxalanması barədə suallardan qaçıb.

Xəbər verilir ki, Papikyan bu istiqamətdə erməni jurnalistlərin heç bir sualını cavablandırmayıb.

O, hətta KTMT iclasında niyə şəxsən iştirak etməməsinə də aydınlıq gətirməyib.

Qeyd edək ki, 26 mayda Ermənistan ordusunun diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin Zəngilan rayonu istiqamətində sərhədimizə daxil olmaq istəyərkən aşkarlanmış, diversantlardan iki nəfər yaxalanmış, digərləri isə mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistana qaçmışdı.

Yaxalanan diversantlarla bağlı cinayət işi açılıb və onlar həbs ediliblər.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20