Cümə, 29 Mart

Rusiya və Belarus HƏRƏKƏTƏ keçir 

image

“Belarus və Rusiya İttifaq Dövlətinin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər tədbirlər görürlər”.

Xəbər verilir ki, bunu Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin parlamentin yeddinci çağırış Nümayəndələr Palatasının doqquzuncu sessiyasının iclasında deyib.

Nazirin sözlərinə görə, təhlükəsizliyin təmin edilməsi üçün indiyə qədər Belarus MN və Rusiya tərəfindən birlikdə görülən işlər kifayət qədərdir.

“Bu yaxınlarda rusiyalı həmkarım Sergey Şoyqu ilə birgə Belarus ərazisində nüvə silahının saxlanması qaydası haqqında Əsasnamənin imzalanması ilk növbədə qonşularımızın təcavüzkar xarakteri və döyüşkən ritorikasını zəiflətməyə yönələn təsirli tədbirdir.

İnformasiya sahəsində baş verənlərə gəlincə isə, burada, təbii ki, biz işimizi davam etdirəcəyik”, - deyə Xrenin əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45