Cümə, 19 Aprel

Göyçayda qasırğa nəticəsində iki nəfərin ölməsi iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

image

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

“Avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F.Abdullayev ürəktutmadan dünyasını dəyişib. Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar”, - deyə polis kapitanı qeyd edib.

20:50

Leysan xarakterli yağışlar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb.

Xəbər verilir ki, güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə düşüb.

Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.

20:42

Güclü yağış və külək Ucar rayonunda bir sıra fəsadlar törədib.

Bu barədə rayon sakinləri xəbər veriblər.

Məlumata görə, güclü külək Ucar şəhəri, Heydər Əliyev prospekti 133 ünvanında yaşayış binasının damını uçurub. Nəticədə yağış suları mənzillərə axıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək habelə bəzi ərazilərdə ağacların budaqlarını qırıb, rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

 

 

19:38

Göyçay və Ağdamda hazırda şiddətli hava şəraiti qeydə alınır.

Xəbər verilir ki, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur.

Göyçayda qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb.

İlkin məlumatlara görə, bəzi ticarət obyektləri və iş yerlərinində yağışın şiddətli olması səbəbindən obyektləri dam örtüyündən su basıb.

Şamaxı-İsmayıllı yolunda da güclü yağışla müşahidə olunan qasırğa baş verib.

Ağdamda yağışla müşahidə olunan külək rayonun Həsənxanlı kənd məktəbinin damını uçurub, bir neçə kənddə elektik naqillərini qırıb.

Rayonun Qaradağlı kəndində kökündən qopan ağac avtomobilin üstünə aşıb. Məmmədov Xəqani Rəhbər oğluna məxsus VAZ-2106 markalı avtomobillə hərəkətdə olduğu maşının üstünə aşan ağac avtomobili yararsız hala salıb, sürücü xəsarət almayıb.

Qeyd edək ki, Göyçay rayonunda güclü külək və qasırğa iki nəfərin ölümünə səbəb olub və yaralananlar var. Onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.

Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20