Çərşənbə, 24 Aprel

Rusiya ordusu Ukraynada Uşaqlar Gününü 10 “İsgəndər”lə “təbrik” etdi: Ölən və yaralananlar var - FOTO

image

Ötən gecə Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib. Zərər dəyən obyektlər arasında uşaq klinikası da var.

Hücum nəticəsində üç nəfər həlak olub, qurbanlardan biri  10-11 yaşlı yeniyetmədir. Daha 10 nəfər yaralanıb (onların da aralarında uşaq var).

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı paytaxt bölgəsinə hücumların “İsgəndər” tipli raketlərdən istifadə edilərək həyata keçirildiyini bildirib.

“Ötən gecə düşmən yenidən Kiyev vilayətində mülki və mühüm infrastruktur obyektlərinə qarşı “İsgəndər” operativ-taktiki raket kompleksinin raketlərindən istifadə edib. Bundan əvvəl atılan 10 raketdən 10-u da Ukrayna Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələrinin qüvvə və vasitələri tərəfindən məhv edilib”, - deyə Baş Qərargahdan bildirilib.

Bundan əlavə, Rusiya ordusu son sutka ərzində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə üç raket və 29 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 49 hücum həyata keçirib.

“Təəssüf ki, mülki əhali arasında itkilər var, fərdi yaşayış binaları və digər infrastrukturlar zədələnib. Ukraynanın hər yerinə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır”, - deyə Baş Qərargahdan qeyd edilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37