Cümə axşamı, 18 Aprel

Nazarbayevin dövlət mühafizəsi ləğv edilir

image

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin funksional vəzifələrindən çıxarılması təklif edilir.

Xəbər verilir ki, bu, Nazarbayevin və onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən “Qazaxıstan Respublikasının ilk prezidenti - Elbası haqqında” konstitusiya qanununun fevral ayında ləğv edilməsi nəticəsində mümkün olub.

Qanunda eks-prezident Nazarbayev və onun ailə üzvləri üçün bir sıra imtiyazlar var idi. “Qazaxıstan Respublikasının Prezidenti haqqında” qanuna əsasən, o, lazımi xidmətləri olan mənzil və dövlət bağı, mühafizəçiləri, sürücüləri ilə şəxsi avtomobili, ölkə daxilində pulsuz səyahəti, tibbi xidmət və sanatoriya müalicəsi ilə təmin olunur.

Mart ayında Maliyyə Nazirliyi Nazarbayevin ofisinin maliyyəsini kəsib.

2022-ci ilin sentyabrında Astana adı Qazaxıstanın paytaxtına qaytarılıb, 2019-cu ilin martından isə şəhər Nur-Sultan adlandırılmışdı.

30 ilə yaxın Qazaxıstana rəhbərlik etmiş Nursultan Nazarbayevin iyulun 6-da 83 yaşı tamam olacaq. O, 2019-cu ilin martında dövlət başçısı vəzifəsindən istefa verib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28