Cümə, 19 Aprel

Ərdoğanın andiçmə tarixi bəlli oldu

image

“Şənbə günü, iyunun 3-də Rəcəb Tayyib Ərdoğanın xarici ölkə liderlərinin iştirakı ilə andiçmə mərasimi, eləcə də Nazirlər Kabinetinin yeni tərkibinin elan edilməsi gözlənilir”.

Xəbər verilir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının əlaqələr şöbəsinin müdiri Fahreddin Altun deyib.

Onun sözlərinə görə, iyunun 2-də isə yeni çağırış parlament üzvlərinin andiçmə mərasimi keçiriləcək:

“Şənbə günü prezident də parlamentdə and içəcək və Atatürkün məqbərəsini ziyarət edəcək”.

Altun əlavə edib ki, xarici liderlərin iştirak edəcəyi andiçmə mərasimindən sonra şam yeməyi nəzərdə tutulub.

O eyham vurub ki, mərasimdən sonra Ərdoğan hökumətin yeni tərkibini açıqlayacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28